• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərdə vəfat edən əsgərin ailəsi danışdı - FOTOLAR

Kəlbəcərdə vəfat edən əsgərin ailəsi danışdı - FOTOLAR
21.05.2021 23:03
Müdafiə Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Anews.az xəbər verir ki, Dominant.az-a Elmir Şükürovun yaxınlarının verdiyi məlumata görə, o, ötən ilin iyul ayında hərbi xidmətə çağırılıb.

Xüsusi təyinatlı qüvvələrin tərkibində hərbi xidmət keçən Elmir Şükürovu bu ilin mart ayında Şuşaya aparıblar. May ayında – "Xarıbülbül” festivalı keçirilən vaxtlarda da o, ailəsi ilə əlaqə saxlayıb, Şuşada olduğunu bildirib. Əsgərin ailəsi övladlarının hələ də Şuşada olduğunu zənn edirmiş. Lakin bu gün səhər onlara zəng edilib və övladlarının Kəlbəcər rayonu ərazisində – Murovda vurulduğu bildirilib. Hansı şəraitdə və necə vurulması barədə isə heç bir məlumat verilməyib.

Elmir Şükürovun nəşi günortadan sonra doğulduğu Ağcabədi rayonunun Şahmallar kəndinə gətirilib, rayonun şəhidlər xiyabanında yox, kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində rayonun rəsmi qurumlarından heç kim iştirak etməyib.
Ailəsinə mərhumun ancaq baş nahiyyəsi, üzü göstərilib. Bədəninə baxmağa icazə verilmədiyindən onlar övladlarının hansı nahiyyədən vurulduğunu bilməyiblər. Baş hissəsində heç bir güllə yarası olmayıb.
Elmir Şükürovun ailəsi övladlarının hansı şəraitdə öldüyünün açıqlanmamasına görə çox narahatdır.
Qeyd edək ki, iyun ayının 28-də Elmir Şükürovun 19 yaşı olacaqdı.
Elmir Şükürovun yaxın qohumu, Aprel döyüşlərinin iştirakçısı Vüsal Şükürov da 25 yaşını qeyd etməyə 5 gün qalmış Vətən müharibəsində şəhid olub. Şuşanın azadlıq günü – noyabrın 8-i 44 günlük Vətən müharibəsində sona qədər qəhrəmancasına döyüşən Vüsal Şükürovun şəhadət tarixinə çevrilib.

Allah hər ikisinə rəhmət eləsin!
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol