• $
  • €
  • ₽
  • ₺
  • £

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!
24.12.2021 11:18
Lider operator dahi şair və mütəfəkkirin əsərlərini "Audiokitab” formatında tərtib etdi
 
Azərbaycanın orta əsr ədəbiyyatının ən görkəmli siması olan Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci il "Nizami Gəncəvi İli” elan edilib. Dekabrın 23-ü Bakı Kitab Mərkəzində (Baku Book Center) "Azercell Telekom”-un təşəbbüsü ilə Nizaminin zəngin bədii irsinə həsr edilmiş "Audiokitab” layihəsinin təqdimatı keçirilib. 
 
Layihə haqqında iştirakçılara məlumat verən Azercell-in Media ilə Əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya qeyd etdi: "Azərbaycanlı müəlliflərin əsərlərini rəqəmsal formata keçirməklə şirkət xüsusi olaraq gənclər arasında mütaliə mədəniyyətini genişləndirmək, həm də müasir oxuculara dünyanın bütün nöqtələrində rəqəmsal cihazlar vasitəsilə xalqımızın mədəni irsini daha əlçatan və rahat etməyi qarşısına məqsəd qoyur. Məhz bu niyyətlə elektron kitabxananın inkişafında Azercell-in növbəti təşəbbüsü beynəlxalq elektron platforma vasitəsilə Nizami əsərlərinin audiokitab formatında dünyanın beş dilində təqdim edilməsi oldu.”   
Layihə çərçivəsində "Azercell”-in dəstəyilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audio materiallar Azercell-in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq "Bookmate” əlavəsinə yüklənilib. 
 
Layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: "Kərpickəsən kişinin dastanı” və "Adil Nuşirəvan ilə vəzirin hekayəti”-nə komiks janrında çəkilmiş şəkillərindən fotoalbom hazırlanıb. Tədbirdə yeni formatda hazırlanmış "Kərpickəsən kişinin dastanı” komiksi də iştirakçılara təqdim olunub.
 
Təqdimat mərasimində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və "Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə də çıxış etdilər.
 
Təqdimatın bədii hissəsində müəllif və qiraətçilər Xəzər Süleymanlı və Səməd Hətəmov Gəncəvinin ölməz əsərlərindən bəzi hissələri ifa ediblər. Daha sonra vokal ifaçısı Tomrisin çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Mərasimdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında "Leyli və Məcnun” baletindən səhnə də nümayiş etdirilib. 
 
Azercell tərəfindən eksklüziv şəkildə təqdim olunan "Bookmate” tətbiqi məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta, oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audiokitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Bundan əvvəl milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə Azercell şirkəti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şairin seçmə qəzəllərini, "Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq elektron kitabxanaya yükləmişdi.
 
"Bookmate” Rəqəmsal kitabxanası haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar: https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html 






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol