• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlik sığortalana bilər

İşsizlik sığortalana bilər
29.05.2020 08:16
Azərbaycanda işsizliyin ayrıca sığortalanması təklif olunub. ANS PRESS-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimov jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda beynəlxalq təcrübəni nəzərə alaraq yeni təklif üzərində iş aparılır:"Azərbaycanda işsizliyin sığortası ayrıca aparılmır. Buna ayrıca vəsaitin ayrılmaması o deməkdir ki, həm passiv, həm də aktiv məşğulluq tədbirlərini məhdudlaşdırırıq. Biz hazırda beynəlxalq təcrübəni nəzərə alaraq bu təklif üzərində çalışırıq. Yaxın vaxtlarda bu layihə hökumətə təqdim olunacaq. Layihədə sosial ödəmələrdə işsizliyin sığortalanmasının ayrıca aparılması təklif olunur. Buradan gələn vəsait isə həm passiv, həm də aktiv məşğulluq tədbirlərinin çeşidini və həcmini artıracaq. Bu imkan verəcək ki, məlumat bazası genişlənsin və məşğulluq xidmətinin elektron sistemi təkminləşsin".Nazir müavini qeyd edib ki, bu yenilik işsiz vətəndaşlara yüksək imkanlar verəcək: "İşsizliyin sığortası o dəməkdir ki, hər bir işləyən vətəndaş ödədiyi sosial ödəmələrin miqdarında sığorta olunur. Həmin şəxs işsiz olarkən dövlət ona həm daha yüksək işsizlik müavinəti verə biləcək, həm də çox sayda aktiv məşğulluq tədbirləri təklif edə biləcək. Bu, peşəyönümlü kurs ola bilər, özünədəstək kursları ola bilər". ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol