• $
  • €
  • ₽
  • ₺
  • £

ƏDV-ni “Kabinetim”də topla!

ƏDV-ni “Kabinetim”də topla!
17.02.2022 15:38
Azercell-in "Kabinetim” tətbiqində "ƏDV Geri Al” xidmətindən istifadə mümkün oldu
 
Abunəçilərinin rahatlığı üçün daha geniş imkanlar yaradan Azercell "Kabinetim” mobil tətbiqi vasitəsilə Azərbaycan telekom bazarında növbəti ilkə imza atdı! Belə ki, "Kabinetim” tətbiqinin istifadəçiləri artıq bu platformada "ƏDV Geri Al” xidmətindən də istifadə edə bilərlər. 
 
"ƏDV Geri Al” xidməti "Kabinetim” tətbiqinin kənar menyusunda yer alır. Xidmətdən istifadə üçün hansısa xüsusi səhifəyə daxil olmağa ehtiyac yoxdur. İstifadəçilər sadəcə "Əlavələr” menyusundan QR düyməsinə sürətli çıxış əldə edərək alış-veriş qəbzlərini skan edib ƏDV-ni geri ala bilərlər.
 
"Kabinetim”in təqdim etdiyi bu yeniliyin əsas özəlliyi ondan ibarətdir ki, "Kabinetim” istifadəçiləri yeni xidmət sayəsində ƏDV balansını dərhal Azercell nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərindən yararlana bilərlər.
 
Azercell şirkəti "ƏDV Geri Al” xidmətini ABB ilə birgə layihə çərçivəsində reallaşdırır. Tətbiq daxilində bu xidmətlə bağlı məlumatlandırma ani ekran (push) bildirişləri şəklində həyata keçirilir. "Kabinetim” istifadəçiləri həm də mobil tətbiqin onlayn çat bölməsində "ƏDV Geri Al” xidməti ilə bağlı bütün suallara cavab əldə edə biləcəklər. 
 
"ƏDV Geri Al” xidməti Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması layihəsidir.
 
Xatırladaq ki, bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell "Kabinetim” xidməti üzərindən abunəçilərinə 24 saat ərzində nömrəyə onlayn nəzarət etmək imkanını yaradır. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi vasitəsilə balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək, onlayn çatda müştəri xidmətləri ilə dərhal əlaqə saxlamaq mümkündür. "Kabinetim” üzərindən Bookmate onlayn kitabxanasına, xarici dillər öyrənmək üçün Busuu proqramına, 200-dən çox kanala abunəlik verən NNTV, dünya üzrə 50 milyondan çox musiqi və minlərlə podkast bazası olan SberZvuk və digər tətbiqlərə qoşulmaq olar. 
 
Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol