• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Quşçular Cəmiyyəti”nin adı dəyişdirilib, yeni sədr seçilib

"Azərbaycan Quşçular Cəmiyyəti”nin adı dəyişdirilib, yeni sədr seçilib
22.02.2022 16:00
"Azərbaycan Quşçular Cəmiyyəti” İctimai Birliyinin adı "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”na dəyişdirilib.
 
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi və Cəmiyyətə üzv müəssisələrin nümayəndələrinin birgə keçirdiyi görüşdə qərar qəbul edilib.
 
Görüşdə həmçinin səsvermə ilə Mürvət Həsənli İctimai Birliyə yeni sədr seçilib. O, bu vəzifədə təxminən 3 ay əvvəl vəfat etmiş Aydın Vəliyevi əvəz edib.
Bundan başqa, görüş iştirakçıları Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyətini formalaşdırıb, quruma yeni üzvlər seçib, İctimai Birliyinin nizamnaməsinə dəyişiklikləri təsdiq edib.
 
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov quşçuluğun daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Şöbə müdiri quşçuluq şirkətlərinin idxal olunan yem və yem əlavələrinin ƏDV-dən azad olunması ilə bağlı təkliflərinin ümumiləşdirilərək Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri tərəfindən hökumətə təqdim edildiyini vurğulayıb.
 
İctimai Birliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol