• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı

“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
23.11.2026 16:02

Nazirlər Kabineti elektroenergetika sahəsində mövcud vəziyyətin və enerji şirkətlərinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün Komissiya yaradıb. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Komissiya elektroenergetika sisteminin mövcud potensialını və infrastruktur imkanlarını, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsindəki vəziyyəti araşdıracaq.

Həmçinin enerji sistemində paralel iş rejiminin təşkili, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyi təhlil ediləcək.

Komissiya “Azərenerji” və “Azərişıq” ASC-lərin, o cümlədən onların maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyini də qiymətləndirəcək.

Komissiyanın tərkibinə energetika naziri (sədr), İqtisadiyyat və Maliyyə nazirliklərinin nazir müavinləri, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri, SOCAR-ın prezidenti, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini və Baş nazirin köməkçisi daxil edilib.

Araşdırmanın nəticələrinə əsasən, elektroenergetika sahəsinin inkişafı üçün zəruri tədbirlərin müəyyən edilməsi nəzərdə tutulur.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol