• $
  • €
  • ₽
  • ₺
  • £

“Moskva Bəyannməsi Azərbaycanın mövqeylərini daha da gücləndirdi”

“Moskva Bəyannməsi Azərbaycanın mövqeylərini daha da gücləndirdi”
24.02.2022 12:12
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. İlk növbədə qeyd olunmalıdır ki, bu sənədin imzalanması ilə Azərbaycan son dərəcə mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə özünün təhlükəsizliyini daha da artırmış, ərazi bütövlüyü və suverenliyinin qorunmasında əlavə güc əldə etmiş oldu.
 
Məlumdur ki, Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin sayəsində ölkəmiz hazırda Rusiya ilə yüksək münasibətlərə malikdir. Ölkələrimiz arasında bir çox sahələrdə çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin mətni ilə tanış olduqda isə, Azərbaycanın yeni mühüm nəticələr əldə etdiyi aşkar şəkildə görmək olar.
 
Bu sənəd ilk növbədə Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda formalaşmış və regional proseslərdə əsas rol oynayan Azərbaycan-Türkiyə-Rusiya alyansının mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Bu proses Azərbaycanın müharibədə əldə etdiyi qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsini və ölkəmizin regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsini qaçılmaz edir. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, xüsusilə əhəmiyyətlidir.
 
Çünki Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi ilə bağlı razılaşırlar.


Əlbəttə ki, Azərbaycanın başlıca müttəfiqi qardaş Türkiyədir. 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə qaldırdı. Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Bu gün isə Rusiya ilə imzalanmış analoji Bəyannamə ilə Azərbaycan təhlükəsizliyinə olan zəmanətləri daha da gücləndirdi.


Azərbaycanın xarici siyasət kursunda əsas prioritet region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaqdır. Qoşulmama Hərəkatına üzv olmağımız və ölkəmizin hərəkata uğurla sədrlik etdiyi dövrdə qlobal sülh naminə irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi layihələr də bunu təsdiq edir. Eyni zamanda da Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı son dərəcə vacibdir.


Bununla yanaşı, ölkəmizin Avropa İttifaqı ilə də münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Həmçinin Azərbaycanın NATO ilə də münasibətləri uğurla inkişaf edir. Bütün bunlar Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.


Moskva Bəyannaməsində xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Xüsusi olaraq bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanla Rusiya arasında imzalanmı müttəfiqlik haqqında Bəyannamə Ermənistanın mövqelərinə böyük zərbə kimi qiymətləndirilir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.


Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol