• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar" “Gələcəyini Qur!” Layihəsinə dəstəyini davam etdirir

"Nar" “Gələcəyini Qur!” Layihəsinə dəstəyini davam etdirir
28.02.2022 17:04
"Nar”ın da dəstək olduğu "Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin TED konfransı formatında növbəti görüşü baş tutub. "Yaradıcı düşüncə" mövzusuna həsr olunmuş konfransda məruzəçilər layihənin 6 dəyərlərindən biri olan yaradıcılıq və tənqidi düşüncə haqqında fikirlərini bölüşüblər. Tədbirin spikerləri yaradıcı yanaşma, kreativ və tənqidi düşüncə, innovasiya və təşəbbüskarlığa dair gənclərə təqdimatlar verib öz təcrübələrini bölüşüblər. Qeyd edək ki, layihənin iştirakçıları Bakının müxtəlif rayonlarında yerləşən orta məktəblərdə 11-ci sinifdə təhsil alan 85 şagirddir.  


"Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi yüksək bilik və bacarığa malik olan 11-ci sinif şagirdlərini müəyyən edərək, onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil edir. 


Layihə çərçivəsində "Nar” Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən olan 10 məktəblinin universitet hazırlığı xərclərinin ödənilməsini öz üzərinə götürüb. Məqsəd gənclər üçün təhsil imkanlarını daha da əlçatan edərək onların uğurlu gələcəyinə töhfə verməkdir. 


"Nar”ın digər sosial layihələri və KSM strategiyası haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar. 


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol