Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib

Martın 4-ü səhər saatlarında Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib, bunu Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov deyib.
O bildirib ki, səfirlik əməkdaşları onları yerləşdirmək üçün yerlər ayırıb.
"Onların siyahısı tutulacaq. Növbəlilik əsasında avtobuslarla Türkiyə üzərindən ya Azərbaycana yola salınacaqlar. Bəziləri istəyir ki, Buxaret-İstanbul -Bakı istiqamətində bilet alaraq Azərbaycana getsin. Onlar özləri gedəcək”, bildirilib.
24 fevralda Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Müharibədən bir qədər sonra ölkələr öz vətəndaşlarını Ukraynadan təxliyə etməyə başlayıb.
www.anews.az
























