• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Life” sosial şəbəkələrdə!

“Azercell Life” sosial şəbəkələrdə!
30.03.2022 11:34
Yeni vakansiyalar, mütəxəssislərin məsləhətləri, təlimlər və hədiyyəli müsabiqələr haqda xəbərləri bu səhifədə izləmək mümkündür

Yeni strategiyası çərçivəsində öz qarşısına  "Azərbaycanın ən arzu olunan iş yeri olmaq” məqsədini qoyan Azercell şirkəti "Azercell Life” sosial şəbəkə hesabını təqdim edir. Xüsusilə iş adamlarının və gənc nəslin nümayəndələrinin marağını cəlb edən bu səhifələrdə Azercell-in gündəlik fəaliyyəti ilə daha yaxından tanış olmaq, şirkətdə keçirilən tədbirlər və mövcud vakansiyalar haqqında məlumat əldə etmək mümkündür. 

Belə ki, 10.000-dən çox izləyicisi olan "Azercell Life” Facebook və Instagram hesablarında şirkətin İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri tərəfindən tələbələr, ümumiyyətlə iş axtarışında olan namizədlər üçün lazımi məlumatlar yerləşdirilir. Burada iş müsahibələrinə hazırlıq, tərcümeyi-halın tərtibatına dair bilgilər və bu kimi digər faydalı məlumatlar əldə etmək mümkündür. 

Azercell-in fəaliyyətinə dair dolğun məlumatlarla zəngin olan bu səhifələrdə eyni zamanda, şirkətin öz əməkdaşları üçün keçirdiyi tədbirlər, treninqlər və gənclər üçün nəzərdə tutulan xüsusi proqramlarla tanış olmaq mümkündür. Bu,  gənc mütəxəssislərin lider mobil operatorun fəaliyyətini izləməklə onun təcrübəsindən faydalanması üçün əvəzolunmaz fürsət yaradır. 

"Azercell Life” sosial şəbəkə hesablarında Azercell Akademiyasının fəaliyyəti və iş prinsipləri, tədris edilən təlim proqramları da işıqlandırılır. Xatırladaq ki, 2003-cü ildən fəaliyyət göstərən Akademiya Azərbaycanda müxtəlif sektor təmsilçiləri üçün korporativ təlim və konsaltinq xidmətlərini təklif edir. Bu günədək Azercell Akademiyası tərəfindən həm dövlət, həm də özəl qurumların təmsilçiləri üçün yüzlərlə təlim sessiyaları təşkil edilib.

Azercell əməkdaşları tərəfindən idarə edilən "Azercell Life” sosial şəbəkə hesablarında izləyicilərin diqqətini cəlb edən məsələlərə dair suallar operativ şəkildə cavablandırılır.  Qeyd edək ki, yaxın zamanda "Azercell Life” səhifələrində izləyicilər üçün maraqlı və əyləncəli  müsabiqələrə də start veriləcək. 
Odur ki, Azercell-də baş verən yeniliklərdən xəbərdar olmaq və dəyərli hədiyyələr qazanmaq üçün  "Azercell Life” Instagram və Facebook sosial şəbəkə hesablarını izləyin! 


Instagram: https://www.instagram.com/azercell_life/
Facebook: https://www.facebook.com/AzercellLife







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox