Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika

Azərbaycanda 2025-ci ildə sürücülük vəsiqəsi alan qadınların sayı 2024-cü illə müqayisədə 15% artaraq 65,696 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
2024-cü ildə bu göstərici 57,153 nəfər olub.
Sürücülük vəsiqəsi alan kişilərin sayı isə 6.2% azalaraq 303,193 nəfərdən 284,479 nəfərə düşüb.
Ümumilikdə, 2025-ci ildə 350,175 nəfər sürücülük vəsiqəsi alıb. Bu, əvvəlki illə müqayisədə 2.8% azdır.
Qadınların sürücülük vəsiqəsi alanlar arasında payı 2024-cü ildəki 15.9%-dən 18.8%-ə yüksəlib.
Kişilərin payı isə 84.1%-dən 81.2%-ə enib.

Son xəbərlər 
Daha çox 























