• $
  • €
  • ₽
  • ₺
  • £

Tariflərlə bağlı gündəm olan çıxış haqda - Açıqlama

Tariflərlə bağlı gündəm olan çıxış haqda - Açıqlama
16.04.2022 14:20
"Azəristiliktəchizat" ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyevin əhalinin istilik tariflərinin artırılmasına razı olmasına dair səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Birmənalı qarşılanmayan fikirlərində qurum rəsmisi bildirib ki, istehlakçılar arasında sorğu keçirib monitorinq aparıblar və əhali tarifin 15 qəpikdən 22-25 qəpiyə qaldırılmasına razı olub.

Onun sözlərinə görə, xarici ekspertlər də tariflərin artırılmasını təklif etsə də, qurum başqa yol seçib.
 
"Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik”, o bildirib.

"Qafqazinfo” qurumun keçirdiyi sorğunun detalları, onun nə vaxt və kimlər arasında keçirilməsi ilə bağlı ASC-yə müraciət edib. "Azəristiliktəchizat"dan İlham Mirzəliyevin bəhs etdiyi monitorinqlərlə bağlı açıqlama verilməsə də, bu çıxışın düzgün təqdim edilmədiyi deyilib.


"Bildiririk ki, istilik tarifləri "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na daxildir və onun dəyişdirilməsi Tatif (qiymət) Şurasının səlahiyyətlərinə aiddir. 

15 aprel 2022-ci ildə "Azəristiliktəchizat” ASC-də 2021-2022-ci illər  payız qış mövsümünün sona çatması ilə bağlı keçirilən mətbuat konfransında istilik tariflərinin maya dəyərindən bir neçə dəfə aşağı olmasına baxmayaraq, onun sosial yönümlüyü nəzərə alınaraq artırılmasının gündəmdə olmadığı və bununla bağlı heç bir müraciətin edilmədiyi birmənalı olaraq bildirilib və bütün KİV-də aydın şəkildə açıqlanıb.

"Azəristiliktəchizat" ASC tərəfindən  istifadə edilən təbii qazın dəyərinin tam ödənilməsinin təmin edilməsi üçün təbii olaraq müxtəlif rəy və təkliflər müzakirə edilir, təhlillər aparılır. Lakin son nəticədə bu məqsədlə ilk növbədə xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması, həmçinin enerjisəmərəliliyi və izafi istilik itkilərinə yol verilməməsi əsas prioritet kimi müəyyən edilib", qeyd edilib.

Hazırda "Azəristiliktəchizat” ASC tərəfindən göstərilən istilik təchizatı xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən 1 m2 yaşayış sahəsi üçün aylıq ƏDV daxil 0,15 manat müəyyən edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol