• $
  • €
  • ₽
  • ₺
  • £

Əlildən pensiya ilə bağlı ŞİKAYƏT

Əlildən pensiya ilə bağlı ŞİKAYƏT
20.04.2022 20:00

Biləsuvar rayonunun Cəbrayıl qəsəbə sakini, 3-cü qrup əlil Cavid Əlizadə 21 ildir ki, dəri xəstəliyindən əziyyət çəkir. 2021-ci ilə kimi bununla bağlı  pensiya alıb. Amma indi müxtəlif səbəblərə görə, vətəndaşa pensiya verilmir.  

 

"2021-ci ilin dekbarında əlillərin bərpa mərkəzinə pensiya ilə bağlı müraciət etdim. Mənə bildirdilər ki, pensiyanı bərpa etmək üçün forma 88 lazımdır. Bu halda bərpa olunacaq. Bu səbəbdən mən də 15 gün xəstəxanada müayinə olundum. Forma 88-i alıb, mərkəzə göndərdim. Yenə də bildirdilər ki, müayinə lazımdır. Bildirdim ki, müayinə olmaq üçün məndə səbəb yoxdur. Bu xəstəlik məndə 4 yaşımdandır. İndi 25 yaşım var və 21 ildir ki, bu xəstəlikdən əziyyət çəkirəm. Dedikləri kimi 15 gün gedib xəstəxanada müayinə aldım və heç bir xeyri olmadı, sağalmır. Dəri zöhrəvi xəstəxanasına getdim və oradan bildirdilər ki, sizə yanlıq məlumat verilib",  - Cavid Əlizadə bildirib. 

 

Cavid Əlizadə məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib.

 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedirəm məni əlillərin bərpa mərkəzinə göndərirlər. Mərkəzdən isə deyirlər ki, bu xəstəliyə pensiya düşmür. Bildirirəm ki, bu əllərlə neçə çaılışım? Cavab olaraq qeyd edirlər ki, get əlcək al, maliyyə yoxdursa, sığorta var. Get həkimə müalicə al”, - Əlizadə  deyir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovun sözlərinə görə, sözügedən şəxsin hazırki durumu əlillik üçün uyğun deyil. 

 

"Əlizadə Cavid Yuriq oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsi tərəfindən elektron sistemə göndəriş daxil edilib. Müəyyən edilib ki, göndərişdə vətəndaşın ixtisaslaşmış tibb müəssində müalicə müddəti yetərli deyil. Bu səbəbdən ona e-sistem üzərindən imtina qərarı verilib. Buna baxmayaraq, vətəndaş  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən bu dəfə əyani şəkildə daha ətraflı müayinə edilib və hazırki vəziyyətinin əlillik səviyyəsində olmadığı aşkar edilib", - nazirlik sözçüsü bildirib. 

 


 Fehruz Rza

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol