• $
  • €
  • ₽
  • ₺
  • £

Narazı qazilərin şikayətlərinə münasibət bildirilib

Narazı qazilərin şikayətlərinə münasibət bildirilib
20.04.2022 21:00
Bu gün 4 saylı DOST Mərkəzinə müraciət edən bir neçə müharibə veteranı da qəbul olunaraq müraciətləri dinlənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, müraciətlər əsasən əlilliyə görə sığorta ödənişləri ilə bağlı olub.

"Onlara bildirilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta”) dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fonduna həvalə olunub.

Sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə görə ödənişi Fond həyata keçirir. 2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə isə sığorta ödənişi verilməsi qanunvericiliklə "Azərsığorta”nın səlahiyyətindədir.

Müharibə veteranı, Ağcabədi rayon sakini Cəfərov Qadir Habil oğlu müraciəti isə əlilliklə bağlı olub. Ona bildirilib ki, tibb müəssiəsi tərəfindən onunla bağlı göndəriş (forma 88) e-sistemə 2 gün öncə daxil edilib. Yaxın günlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinə ediləcək və əlilliyinin qiymətləndirilməsinin nəticəsi olaraq müvafiq qərar veriləcək.

Əlilliyinin qiymətləndirilməsinin gecikdiyini qeyd edən Lənkəran rayon sakini Cabbarlı Vüsal Güləli oğluna isə bir neçə gün əvvəl əlillik təyinatı aparılıb və bu barədə ona məlumat verilib", Nazirlikdən deyilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol