• $
  • €
  • ₽
  • ₺
  • £

Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır

Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır
22.04.2022 11:15
Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi bu il də ölkədə aprel ayının sonuncu həftəsində "İmmunlaşdırma həftəsi” keçirilir: "İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib.
Səhiyyə naziri Teymur Musayevin 24-30 apreldə respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı imzaladığı sənədə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır".


Şöbə müdiri qeyd edib ki, immunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olunur: "Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur. Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri tərəfindən "İmmunlaşdırma həftəsi” çərçivəsində ÜST-nin dəstəyi ilə monitorinq və treninqlərin keçirilməsi nəzərdə tutulub".


Nazirlik rəsmisi əlavə edib ki, tibb müəssisələrində vaksin və peyvənd materiallarının tam təminatı təşkil edilir: "İmmunlaşdırma həftəsi” zamanı peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları maarifləndiriləcək. COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırması növbəlilik əsasında olunması nəzərdə tutulur. Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması "İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindəndir: "Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanılır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol