• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanın həyat yoldaşı təqaüdsüz qalıb

Milli Qəhrəmanın həyat yoldaşı təqaüdsüz qalıb
25.04.2022 18:22
Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdova ona verilən Prezident təqaüdünün bərpa olunmamasından narazıdır. Bu barədə  anews.az-a şikayət ünvanlayan Sahvələdova  qurumların onunla maraqlanmadığını bildirir. 
 
Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovaya 2021-ci ilə qədər Prezident təqaüdü verilib. Amma 2021-ci ildən sonra bu vəsaitin verilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılıb.  Səbəb olaraq bildirilib ki, xanımın  Pərviz Səmədovla rəsmi nigahı yoxdur, ona görə ona təqaüd düşmür. Amma şəhidin həyat yoldaşı bildirir ki, Pərviz Səmədovla evlənəndə 17 yaşı olub, azyaşlı olduğu üçün nigaha daxil ola bilməyiblər. Evləndikdən 4 ay sonra yoldaşı müharibəyə gedib və 1992-ci il mayın 15-i şəhid olub. 
 
"Gəncə Kəpəz rayon məhkəməsinin sədri Tural Qocayev bizim iştirakımız olmadan məhkəmə qərarını ləğv edib. Məhkəmə ilə bağlı nə mənə,  nə də bu işlə məşğul olan hüquqşünaslara məhkəmənin qərarı ilə bağlı hər hansı  bildiriş göndərilməyib. Biz yenidən Apellasiya məhkəməsinə müraciət edəndən sonra  məhkəmə işi Kəpəz rayon məhkəməsinə göndərib. Məhkəməni mayın 6-na təyin ediblər. Bu məsələ ilə  ciddi məşğul olan yoxdur. Hər kəs bir-birinin üstünə atır. Mən sadəcə öz haqqımın bərpa olunmasını istəyirəm", - milli qəhrəmanın həyat yoldaşı deyib. 
 
 Dövlət Sosial Müdafiə Fondunun  mətbuat katibi Rəşad Mehdili bildirdi ki, yaxın günlərdə Kəpəz Rayon Məhkəməsinin işə mahiyyəti üzrə baxacağı  gözlənilir. 
 
"Milli Qəhrəman Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovaya şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnamə olmadığından həmin təqaüd dayandırılıb. Təqaüdü bundan sonra da ala bilməsi üçün Mətanət Şahvələdovaya Kəpəz rayon məhkəməsinə müraciət etməsi üçün hüquqi yardım, həmçinin müvafiq sənədlərin toplanaraq (nikahda olma faktının tanınması) elektron qaydada məhkəməyə verilməsi üçün DSMF tərəfindən köməklik göstərilib. Kəpəz Rayon Məhkəməsi isə Konstitusiya Məhkəməsi Plenumunun 02.11.2010-cu il tarixli qərarını əsas götürərək ərizəni icraata qəbul etməkdən imtina edib və müvafiq qərardad qəbul edib. Həmin qərar da 04.04.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib və ərizə icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün Kəpəz Rayon Məhkəməsinə qaytarılıb", - mətbuat katibi bildirib.
 
Şəhid ailəsinin ümidi mayın 6-da keçiriləcək məhkəmənin qərarınadır. 
 
Şəhid Pərviz Səmədov Birinci Qarabağ savaşı zamanı Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. O, Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. Pərviz Səmədov kəşfiyyat hissəsinə başçılıq edib, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb və məhv edilib. 1992-ci il mayın 15-də  Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər  zamanı Səmədovun rəhbərlik etdiyi bölük ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edib.  O, həmin əməliyyat vaxtı snayper gülləsindən ölüb. 

Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol