• $
  • €
  • ₽
  • ₺
  • £

"Kontakt Home"u məhkəməyə verən fəal zala BURAXILMADI

"Kontakt Home"u məhkəməyə verən fəal zala BURAXILMADI
26.04.2022 21:42
"Kontakt Home" şirkətini məhkəməyə verən ictimai fəal Emin Xəlili Bakı Apelliyasiya Məhkəməsinin zalına buraxılmayıb. Bu barədə fəal özünün feysbuk hesabında yazıb.

"Məhkəmə prosesi 10:45-ə təyin edilsəndə bir saat gecikdirdilər, əlavə olaraq iki doza vaksin olduğum halda məhkəmə zalına buraxılmadım. Hansı ki, metrolarda vaksin pasportu yoxlanılarkən sistemdə adım qeyd edilir. Növbəti məhkəmə prosesi 16 may 09:45-ə təyin edildi",  fəal bildirib.

 
2021-ci il avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə "Kontakt Home" (elektron və məişət texnikası mağazalar şəbəkəsi) şirkətində işdən çıxarıldığını bildirib.

"Avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə almışam. İşim bitdikdən sonra xəbər tutdum ki, bir qrup gənc fəal məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcək. Mən də aksiyaya qoşuldum. Aksiyadan bir gün sonra isdə dedilər ki, məni işdən azad ediblər, baş ofisə getməliyəm. Orada mənə dedilər ki, polis mənim aksiyadan fotomu  göndərib,  buna görə də rəhbərlik mənimlə  çalışmaq istəmir", - Xəlilov bildirib.

Bundan sonra Xəlilov ötən ilin sentyabrında 'Kontakt Home" məhkəməyə verib.

Cari ilin fevralın 17-də  Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə baş tutan, ictimai fəal Emin Xəlilovun "Kontakt Home" şirkətinə qarşı qaldırdığı məhkəmə iddiası təmin olunub.
 
Məhkəmə qərarına görə, Emil Xəlilov  "Kontakt Home"un Sumqayıt filialında işə bərpa olunmalı və bu müddət ərzində almadığı maaş ona qaytarılmalı idi. Sözügedən şirkət qərar ilə bağlı apelliyasiya şikayət vermişdi. 
 
Ləman Qasımova



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol