• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Aşurov həbsdə qaldı

Samir Aşurov həbsdə qaldı
28.04.2022 20:14
Bu gün, aprelin 28-də  Apellyasiya Məhkəməsi siyasi fəal Samir Aşurovun həbsdə qalması barədə qərar qəbul edib.  Qərar hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
 
Samir Aşurov aprelin 19-da saxlanılıb. Yaxınlarının sözlərinə görə, aprelin 19-da axşam saatlarında Samir Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
 
Aprelin 21-də Nizami rayon Məhkəməsi siyasi fəal barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Aşurov ittihamı qəbul etmir və saxta adlandırıb. Etiraz olaraq aclıq aksiyasına başlayıb. Daha sonra səhhətində ciddi problemlər yarandığı üçün aclığı dayandırıb.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.  Almaniyadan readmissiya olunan  Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da  olub. 


2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.
Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.


Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol