• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı kitab”a daxil edilən bitkilərin kəsilməsi ilə bağlı 10 cinayət işi başlanılıb

“Qırmızı kitab”a daxil edilən bitkilərin kəsilməsi ilə bağlı 10 cinayət işi başlanılıb
29.04.2022 22:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Bakı şəhərinin Qaradağ, Masallı, Cəlilabad, Ağcabədi, İmişli, Sabirabad, Füzuli, Lerik rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazilərində, o cümlədən milli parkların ərazilərində qanunsuz ağackəsmə, qanunsuz balıq ovu, Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən bitkilərin kəsilməsi, meşə ərazisində sekvester edilmiş ağacların vəzifəli şəxslər tərəfindən mənimsənilməsi, o cümlədən milli qoruqların mühafizə rejimlərinin pozulması faktlarına görə 10 cinayət işi başlanılıb.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ağac və digər qorunan bitkilərin kəsilməsi nəticəsində 35 min manat məbləğində ziyan dəyib. Şəhər mühitində bitmiş və qeyri-maddi dəyəri ölçülməyən çoxilli ağacın qanunsuz götürülməsi faktı müəyyən edilib.

Cinayət işləri Cinayət Məcəlləsinin 256.3, 259.1, 308.1-ci və digər maddələri ilə başlanılaraq istintaqın aparılması üçün əsasən rayon prokurorluqları, həmçinin daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol