• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-da “Women’s sharing circle” layihəsi baş tutdu

Yelo Bank-da “Women’s sharing circle” layihəsi baş tutdu
05.05.2022 11:55
Yelo Bank-da DanceAbility Azərbaycan şirkətinin "Women’s sharing circle” adlı sosial layihəsi həyata keçirildi. Layihə müxtəlif yaşda, fərqli peşə sahibləri, sağlamlıq imkanları məhdud olan və olmayan qadınları bir araya gətirdi. "Women’s sharing circle” qadınların paylaşmaq, dincəlmək və bir-birini dəstəkləmək üçün toplaşdığı təhlükəsiz məkan deməkdir. Heç bir tənqid edilmədiyi və mühakimə aparılmadığı bu dairədə iştirakçı xanımlar kənar dünyadan, sosial şəbəkələrdən bir müddətlik uzaq qalmaqla rahat və özləri kimi oldular. 
 
Görüş iştirakçı xanımların özlərini ifadə etməsi və bir-birilərini tanıması ilə başladı. Paylaşma dairəsində meditasiya, "Moving Bodies, "DanceAbility” və "Ecstatic Awakening Dance” kimi müxtəlif bədən yönümlü texnikalardan istifadə edildi. Proqram qeyd olunan texnikalar üzrə baş müəllim Nigar Sultanovanın mentorluğu ilə keçirildi.  

Proqramın əsas məqsədi qadınları gücləndirmək, sağlamlığı və rifahı naminə seçim etmək üçün imkan yaratmaqdır. Proqram eyni zamanda zehni, emosional və fiziki sağlamlığın inkişafını da dəstəkləməyi hədəfləyir. 

Bank xidmətləri (kredit, kart, depozit, mobil əlavə və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  

Yelo Bank – Parlaq bankçılıq! 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol