• $
  • €
  • ₽
  • ₺
  • £

“Bizim Nazirlər Kabineti kişilər klubudur”

“Bizim Nazirlər Kabineti kişilər klubudur”
05.05.2022 16:15
"Azərbaycanda pensiyanın minimal həddi çox aşağıdır”. 

"Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

O, bu məbləğə yenidən baxılmasını istəyib. Deputat, həmçinin vurğulayıb ki, Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır: "Bu, həm də gənc xanımlar, qızlar üçün iş yerinin açılmasına səbəb olardı. Onların iş tapması çox çətindir. Ümumiyyətlə, cəmiyyətimizdə işlə təmin olunma baxımından qadına olan münasibət dəyişməlidir.

Bizim Nazirlər Kabinetinə baxın, kişilər klubudur. Orada cəmi bir qadın var. Səhv etmirəmsə, Əfqanıstan da belədir. Demək olar ki, icra başçılarının, komitə sədrlərinin hamısı kişilərdir. Ailə komitəsinin sədrindən başqa. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi qərarlar qəbul olunmalıdır. Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35%dən az olmasın”. 

Qüdrət Həsənquliyev qeyd edib ki, qadınlar üçün iş yerləri açan sahibkarlara, müəsissələrə vergi güzəştləri tətbiq olunmalıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol