• $
  • €
  • ₽
  • ₺
  • £

15 min manatlıq oğurluqda ittiham edilən şəxs tutulub

15 min manatlıq oğurluqda ittiham edilən şəxs tutulub
07.05.2022 14:14
Şəki ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən 15 000 manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan açıqlama verilib.
 
Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 2 000 manat nəğd pulun, 6 000 manat dəyərində materialların oğurlandığını və "VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Davam etdirilən tədbirlərlə onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi məlum olub.Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol