• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqının 15 ölkəsində naməlum mənşəli hepatitə 95 yoluxma halı qeydə alınıb

Avropa İttifaqının 15 ölkəsində naməlum mənşəli hepatitə 95 yoluxma halı qeydə alınıb
08.05.2022 09:13
Avropa İttifaqının üzvü olan 15 ölkədə naməlum mənşəli kəskin hepatitə ən azı 95 yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Euractiv portalı Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Avropa Mərkəzinə istinadla məlumat yayıb.
"Mayın 5-nə olan məlumata əsasən, Avropa İttifaqının 15 ölkəsində 16 yaşdan aşağı insanlar arasında naməlum mənşəli kəskin hepatitə 95 yoluxma halı müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Ən çox yoluxma halları İtaliya və İspaniyada qeydə alınıb - müvafiq olaraq 35 və 22 nəfər. Hollandiya və Danimarkanın hər birində altı nəfər, İrlandiyada isə beş nəfər hepatitə yoluxub. Portuqaliya və Rumıniyanın hər birində dörd, Belçikada üç, Avstriya, Kipr, Fransa və Norveçdə iki, Almaniya, Polşa və Sloveniyada bir yoluxma halı aşkarlanıb.

Bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 20 ölkəsində naməlum mənşəli kəskin hepatitə azı 230 nəfərin yoluxduğu barədə məlumat vermişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol