• $
  • €
  • ₽
  • ₺
  • £

3 yaşlı Arzunun ölümü ilə bağlı həkimə verilən bəraət ləğv edildi

3 yaşlı Arzunun ölümü ilə bağlı həkimə verilən bəraət ləğv edildi
10.05.2022 10:56
Sumqayıt Apellyasiya Məhkəməsi 3 yaşlı Arzu Qurbanlının ölümünə görə Sumqayıt Şəhər Məhkəməsinin "Real" Tibb Mərkəzinin həkimi İsmayıl Qənbərov barəsində verdiyi bəraət hökmünü ləğv edib.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun prosesdən sonra burun əməliyyatı vaxtı ölən azyaşlının ailəsinin şikayəti, eləcə də prokurorluğun protesti əsasında həkim-anestezioloq barəsində ittihamedici hökm çıxarılıb. Apellyasiya məhkəməsi 1968-ci il təvəllüdlü həkimin Cinayət Məcəlləsinin 124.1 (Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilib. Ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.


Həmçinin İsmayıl Qənbərov təyin edilmiş cəzadan "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin Qərarı tətbiq edilməklə azad edilib. Arzu Qənbərlinin ailəsi tərəfindən irəli sürülmüş mülki iddia üzrə mənəvi zərərə görə 5000 manatın təqsirləndirilən şəxsdən tutaraq mərhumun ailəsinə ödənilməsinə qərar verilib.


Bu iş Ali Məhkəməyədək uzanıb. Belə ki, Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Sumqayıt Şəhər Məhkəməsi ölümə səbəb olan həkimə bəraət verib. Daha sonra Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb. Arzunun ailəsinin Ali Məhkəməyə müraciətindən sonra iş yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılıb.


Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 3 yaşlı uşaq əməliyyat zamanı anestezioloq İsmayıl Qənbərov tərəfindən "Kolipsol" dərman preparatının normadan artıq verildiyi üçün ölüb. Belə ki, dərmanın profilaktikasını düzgün aparmayan həkim uşağın qusmasına və qusuntunun nəfəs borusuna düşməsi səbəbindən boğularaq ölməsinə səbəb olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol