• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nə qədər narkoman var?

Azərbaycanda nə qədər narkoman var?
10.05.2022 16:23
Azərbaycanda narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 min 602 nəfərdir. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Həmin şəxslərdən 27 min 106 nəfəri dispanser, 7 min 496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid (ədəndə morfin kimi fəaliyyət göstərən kimyəvi maddələr) qrupuna aid narkotik istifadəçiləri, 9 min 752 nəfər kannabinoid (beyində neyrotransmitterlərin buraxılmasını dəyişdirən hüceyrələrdəki kannabinoid reseptorlarına təsir edən kimyəvi birləşmələr sinfidir) qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5 min 603 nəfər qeydiyyata götürülüb, 4 min 789 nəfər isə qeydiyyatdan çıxarılıb.
 
Hesabata görə, 2021-ci il üzrə narkotiklərin qanunsuz dövriyəsi ilə bağlı Sabunçu rayonunda 639 fakt, Suraxanı rayonunda 509 fakt, Binəqədi rayonunda 481 fakt, Nəsimi rayonunda isə 310 fakt qeydə alınıb.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində hal hazırda 350-ə qədər xəstə stasionar müalicə alır. Onlardan 9-u qadın, 241 nəfəri isə kişidir. Mərkəzin İxtisaslaşdırılmış şöbəsində 74 xəstə məcburi müalicə alır. 
 
2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 205 fakt aşkar edilib. Onlardan 9580-i narkotik vasitələrin satışı, 18 325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub. Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub.
 
Ləman Qasımova
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol