• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıqabulda sel körpünü uçurdu - Kəndlərlə əlaqə kəsildi

Hacıqabulda sel körpünü uçurdu - Kəndlərlə əlaqə kəsildi
11.05.2022 09:24
Hacıqabulda sel körpünü yenidən uçurub.
 
Məlumatına görə, son günlər havaların qeyri-sabit keçməsi nəticəsində rayonun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda daşqınlar yaranıb. Yeli sakinlərin sözlərinə görə, sel-suları çayın üzərindəki köhnə körpünü uçuraraq tamamilə yararsız hala salıb. Bununla da Udulu kəndi istiqamətindən 7 yaşayış məntəqəsinin rayonla əlaqəsi müvəqqəti kəsilib.
 
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel-sular Udulu kəndini birləşdirən çay üzərindəki körpünü uçursa da, yaşayış məntəqələrini birləşdirilən Tağılı kənd istiqamətindəki alternativ yoldan istifadə edilir. Uçan körpünün yaxınlığında isə yeni körpü tikilir. Sel dayanan kimi həmin körpünün tikintisi davam etdiriləcək.
 
Tikinti başa çatdıqdan sonra əhalini narahat edən problem birdəfəlik həll olunacaq.
 
Sel mayın 9-da axşam saatlarında da Pirsaatçay üzərindəki köhnə körpünü uçurmuşdu.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol