• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa investisiya qoymaq istəyən Avropa şirkətlərinin sayı artıb

Qarabağa investisiya qoymaq istəyən Avropa şirkətlərinin sayı artıb
17.05.2022 12:35
Avropa müəssisələrinin 54%-i Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaq istəyir. Bu barədə Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda forum qrupunun rəhbəri Boqdana Efe bildirib. 
 
"Avropa  şirkətlərin 40 %-i Qarabağ və Şərqi Zəngəzurun hesabına öz bizneslərini genişləndirməyə hazırdır.  Alternativ enerji, "yaşıl" layihələr və nəqliyyat infrastrukturu Qarabağ və Şərqi Zəngəzur regionlarında investisiya üçün cəlbedici istiqamətlərdəndir və şirkətlərin 30 faizi bu sahələrə maraqlıdır. 25%ə yaxın respondent kənd təsərrüfatı və emal sənayesini prioritet istiqamət ", - Efe bildirib.
 
Efe vurğulayıb ki, Aİ ölkələrini təmsil edən şirkətlərin 80%-i Azərbaycan ilə biznes qurmağa hazırdır. 
 
Avropa İttifaqının Azərbaycana investisiyası 20 milyard ABŞ dollarından çox olub. 2021-ci ildə Azərbaycanla Avropa Ittifaqı ölkələri arasında ticarətin həcmi rekord həddə - 15,4  milyard avro təşkil edib. Bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin 45%-ni təşkil edir.
 
Bu gün Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilir. Tədbirin təşkilatçıları Aİ-nın Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Biznes forumu Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.
 
Ləman Qasımova

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol