• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunub

Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunub
18.05.2022 11:40
Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunub.

Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dövlət və yerli özünüidarə orqanlarına,elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına müraciət edib.


Müraciətdə deyilir:


"Məlum olduğu kimi, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına xidmət edən bir sıra strateji əhəmiyyətli sənədlər - dövlət proqramı, milli fəaliyyət planı və proqramı hazırlanmış və təsdiq edilərək icra olunmuşdur.


Böyük ehtiram hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur.Bunu nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, həmin əlamətdar gün ərəfəsində ölkədə "İnsan Hüquqları Aylığı” (18 may - 18 iyun 2022-ci il) elan edirəm. Bununla əlaqədar dövlət və yerli özünüidarə orqanlarına,elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya müracət edərək təşəbbüsümüzə qoşulmaqla Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər təşkil etməyə çağırıram.


Hər il olduğu kimi builki Aylığın da elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir.


Təqdirəlayiq haldır ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini vermiş və ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejiminin mərhələli şəkildə yumşaldılması prosesi həyata keçirilməkdədir.


Bu baxımdan artıq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərara əsasən bütün kütləvi tədbirlərin keçirilməsinə icazə verildiyini nəzərə alaraq hesab edirəm ki, hüquqi maarifləndirmə tədbirləri həm ənənəvi (oflayn), həm hibrid, həm də onlayn formalarda keçirilə bilər.


Tərəfimizdən elan olunan Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsində, sosial çarxların hazırlanmasında, mediada və sosial şəbəkələrdə insan hüquqlarının təbliğ edilməsində, insanların müraciətlərinə operativ şəkildə baxılmaqla pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha da artırılmasında fəallıq nümayiş etdirməklə, hər kəsi insan hüquqlarının səmərəli müdafiəsinə, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına töhfə verməyə dəvət edirəm".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol