Yaz sessiyasında Təhsil krediti üçün müraciət edənlərin sayı açıqlanıb
23.05.2022 13:45
Yaz sessiyasında Təhsil krediti üçün 4478 tələbə müraciət edib. Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Onlardan 658-i natamam, 525-i emaldadır. Müraciətlərdən 279-na imtina verilib. 504 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib.