• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda su təchizatı və kanalizasiya sistemlərinin layihəsi hazırlanıb

Ağdamda su təchizatı və kanalizasiya sistemlərinin layihəsi hazırlanıb
23.05.2022 16:30
Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun növbəti iclası keçirilib. Bu barədə "Azərsu" ASC-dən bildirilib.

Ağdamda baş tutmuş iclasda içməli və tullantı su, eyni zamanda, yağış suları sistemlərinin layihəsi təqdim edilib, ətraflı müzakirələr aparılıb.

"Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli bildirib ki, layihə hazırlanarkən əhalinin içməli suya tələbatı, şəhərin sənaye və turizm imkanları nəzərə alınıb. Ağdam şəhərinin və şəhərə yaxın 4 kəndin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılıb və "Ağıllı su” layihəsi hazırlanır.

Layihəyə əsasən, Ağdam şəhəri içməli su ilə yeraltı su mənbəyindən təmin olunacaq və bu məqsədlə ilkin mərhələdə 3 kəşfiyyat-qiymətləndirmə quyusu qazılıb. Quyuların məhsuldarlığı tələbatı ödəməyə imkan verəcək və suyun keyfiyyəti standartlara tam uyğundur. Ümumilikdə şəhərin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə 24 quyunun qazılması, quyu zonasının əsas və alternativ (generator) elektrik enerjisi ilə təminatı layihələndirilib. Subartezianlardan qəbul olunacaq su relyef baxımından yüksəkilikdə yerləşən anbarlarda toplanacaq və yaşayış məntəqələrinə özüaxımlı rejimdə ötürüləcək. Şəhərdə paylayıcı su şəbəkəsinin yaradılması, şəbəkə üzərində yanğın hidrantlarının, siyirtmələrin quraşdırılması layihədə öz əksini tapıb, eləcə də hər bir abonentin məsafədən oxunan elektron sayğacla təminatı təklif edilib.

İclasda Ağdam şəhərinin tullantı və yağış sularının idarə edilməsi ilə bağlı hazırlanmış layihə də təqdim olunub. Bildirilib ki, kanalizasiya-yağış infrastrukturunun qurulmasında da müasir texnologiyalardan istifadə olunacaq. Layihəyə uyğun olaraq Ağdam şəhərində formalaşan tullantı suları məhsuldarlığı sutkada 30 min kubmetr layihələndirilən bioloji tipli qurğuda təmizləndikdən sonra texniki və suvarma məqsədilə təkrar istifadəyə qaytarılacaq.

Təqdim olunan layihədə şəhərin yağış sularının 2 hövzəyə ayrılmaqla idarə olunması nəzərdə tutulur. Yağış sularının da hər bir hövzədə tikiləcək anbarda toplanaraq təkrar istifadə olunması planlaşıdırılır.

Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış suları sistemləri vahid mərkəzdən idarə olunması layihələndirilib. Subartezianların məhsuldarlığı, anbarların səviyyəsi, suyun keyfiyyət göstəricilərinə SCADA sistemi ilə nəzarət olunacaq, şəbəkənin hidravlik tənzimlənməsi onlayn rejimdə həyata keçiriləcək.
İclasda layihə ilə bağlı geniş müzakirələr aparılıb, səsləndirilən təkliflərin layihədə nəzərə alınması tövsiyə olunub.

Ağdam rayonu işğaldan azad olunduqdan sonra "Azərsu” məskunlaşma olan obyektlərin içməli su ilə təmin olunması üçün təxirəsalınmaz işlər həyata keçirib. Ağdam rayonu ərazisində Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində içməli və tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, septik qurğular inşa edilib. Ağdam rayonunun Xıdırlı kəndində yeni subartezian quyusu qazılıb, su xətləri inşa olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol