“Formula-1”in keçmiş sahibi silah ixrac edərkən saxlanıldı
26.05.2022 20:58
Formula-1"in keçmiş sahibi Berni Eklstoun qanunsuz olaraq odlu silah ixrac etməyə cəhd etdiyi üçün Braziliyada həbs edilib .
TASS xəbər verir ki, Eklstoun şəxsi təyyarə ilə İsveçrəyə uçmağı planlaşdırdığı Kampinas hava limanında gömrük prosedurlarından keçərkən saxlanılıb. 91 yaşlı sahibkarın yükündən ixrac üçün lazımi sənədləri olmayan "LW Seecamp 32” markalı tapança aşkar edilib.