• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə AXCP üzvü olan ictimai fəal saxlanılıb

Gəncədə AXCP üzvü olan ictimai fəal saxlanılıb
29.05.2022 20:06
İctimai fəal Razi  Alışov mayın 28-də  axşam saatlarında Gəncədə evində saxlanılıb. Bu barədə AXCP  Gəncə şöbəsinin sədri Bəxtiyar Yusibov bildirib.

"Nəzarət buraxılış mənətqəsinin əməliyyat hissəsinə  keçməyimi istədilər. Kecdim və orada növbətçi özü də bilmədən qapının ağzında duran mülki geyimlilərə işarə etdi ki, Razi ilə maraqlanır. Mən üzümü onlara tutub dedim ki, AXCP Gəncə şöbəsinin sədriyəm.   Razinin Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə şübhəli bilindiyini  bildirdilər. Bunun şər olduğunu söylədim", - Yusifov bildirib. 

Kəpəz polis idarəsindən verilən məlumata görə, Razi Alışovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1 maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamanı nəzərdə tutur. Bu maddə ilə ittiham olunan şəxslər  üç ilədək müddətə azadlıqdan məhrum.
 
İş üzrə  Gəncə Baş Polis idarəsi araşdırma aparır. 
 
Alışov indiyədək məhkum edilməyib. 
 
Aytac Zeynalova
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol