• $
  • €
  • ₽
  • ₺
  • £

Şabranın yeni Baş planı müzakirə olunub

Şabranın yeni Baş planı müzakirə olunub
01.06.2022 20:30
Şabranın yeni Baş planı müzakirə edilib. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev özünün sosial şəbəkə hesablarında məlumat verib.

"Şabranın yeni Baş planını rayon icra hakimiyyətində başçının, baş memarın və bələdiyyə sədrinin iştirakı ilə geniş müzakirə etdik, şəhərin inkişafı istiqamətləri, onu təmin edəcək bütün qurumların fəaliyyətinin əlaqələndirilməsi zərurəti barədə ətraflı fikir mübadiləsi apardıq", - A.Quliyev əlavə edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Şabran şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib. Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Şabran şəhərinin sayca üçüncü Baş planı 2038-ci ilə qədərki dövrü əhatə edəcək. Yeni ərazi planlaşdırılması sənədində şəhər ərazisinin zonalaşdırılması zamanı prioritet inkişaf istiqamətləri öz əksini tapıb.

Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər əhalisinin artaraq 34 500 nəfərə çatması gözlənilir. Əhalinin artım səviyyəsinə əsasən rahat həyat şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin inşası, mövcud şəhər infrastrukturunun təkmilləşdirilməsi və adambaşına düşən ümumi yaşayış sahəsinin 18,8 m2-dən 25 m2-ədək artırılması nəzərdə tutulur. Həmçinin iqtisadi imkanların genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün sənaye ərazilərinin yenidənqurulması, ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır. Eyni zamanda yaşayış rayonlarında əhalinin mədəni, sosial tələbatının ödənilməsi məqsədi ilə ictimai mərkəzlərin formalaşdırılması, məktəb və bağçaların inşası, məhəllə parklarının salınması təklif edilir.

Sənəddə şəhərin nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin inkişafı, eləcə də ətraf mühitin sağlamlaşdırılması məsələləri də əsas məqsədlərdəndir. Belə ki, Baş plan çərçivəsində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 5,68 km-dən 13,41 km-ə çatdırılması, yeni körpülərin salınması, yaşayış və sənaye zonalarının ətrafında yaşıl dəhlizlərin yaradılması planlaşdırılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol