• $
  • €
  • ₽
  • ₺
  • £

5 iyunda milli parklarda “açıq qapı” günü keçiriləcək

5 iyunda milli parklarda “açıq qapı” günü keçiriləcək
03.06.2022 11:16
"Ümumdünya Ətraf Mühit Günü” ilə əlaqədar iyunun 5-də Azərbaycanın milli parklarında "açıq qapı” günü keçiriləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, 1972-ci ildən başlayaraq hər il iyunun 5-i bütün dünyada "Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.

"Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə və ekoloji məsələlərə yönəltməklə təbiəti qorumağın vacibliyini vurğulamaqdır. Hər il 5 iyun "Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə olunması, sudan səmərəli istifadə və bu kimi digər maarifləndirici tədbirlər həyata keçirilir. Çox sevindiricidir ki, ölkəmizdə təbiətsevərlərin sayı artır, ətraf mühit problemlərinə qarşı ictima qınaq formalaşır, insanlar artıq laqeyd mövqe tutmadan problemlərin həlli istiqamətində öz köməklərini əsirgəmirlər. Bu əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət edə və  füsunkar təbiət ərazilərində səmərəli gün keçirə bilərlər", - Məmmədova söyləyib.
 
Milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.
 
Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.

2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb.

Hazırda milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edib.  Eyni zamanda Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində Samur-Yalama Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmış, 2012-ci ildə milli parkın yaradılmasıyla tamamlanıb. 
 
Azərbaycanda milli parklar milli və beynəlxalq nadir təbiət və mədəni sərvət dəyərlərinə malik olan təbiət hissələri, elmi və estetik baxımdan mühafizə, rekreasiya və turizm əraziləridir.

Milli parklar endemik növlərin mühafizəsinə təminat verir, onların daxilində mövcud olan mühüm məhdudiyyətlər sayəsində onların buraxılması cərimələrlə nəticələnə bilər. Məhdudiyyətlər aşağıdakılardır

- İçərisində tikmək və tikmək qadağandır.
- Giriş məhdudlaşdırılıb yalnız yollar şəbəkəsinə və müxtəlif marşrutlara icazə verir.
- Ətraf mühitə zərərli fəaliyyətlər qadağandır: ov, tonqal yandırmaq...
- Elmi səbəblərdən başqa heç bir növ material toplana bilməz.
- Müəyyən vaxtda məhdud sayda ziyarətçi yalnız icazə verildiyi piyada nəqliyyat vasitələrində həyata keçirilə bilər.


Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol