Səhiyyə naziri: "Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb"

Dünyada meymunçiçəyi virusuna yoluxan xəstələrin sayı artsa da, Azərbaycanda həmin virusa yoluxma halı qeydə alınmayıb. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, meymunçiçəyi virusu ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının istər ölkə, istərsə də Avropa Bürosu ofisləri ilə mütəmadi olaraq təmasdadırlar:
www.anews.az
Son xəbərlər 
Daha çox 























