Türkiyə Azərbaycana səfər edən turistlərin sayına görə birinci yerdədir

Türkiyə Azərbaycana səfər edən turistlərin sayına görə birinci yerdədir. Bunu bazar ertəsi "Anadolu” agentliyinə Azərbaycanın Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycan səfər edən turistlərin sayı 116 243 nəfər olub.
B.Əsgərov əlavə edib ki, bu, Rusiyadan gələn turislərin sayından daha çoxdur.
"Eyni dövrdə Azərbaycana ümumilikdə 115 468 rusiyalı turist səfər edib”.
Türkiyə ilə Azərbaycan arasında gediş-gəlişin çox asan olduğunu, vizaya, hətta xarici pasporta belə ehtiyac olmadığını qeyd edən B.Əsgərov türkiyəli turistlərin Azərbaycana yalnız şəxsiyyət vəsiqəsi ilə gələ biləcəyini vurğulayıb: "Türkiyəlilər Azərbaycana əsasən iş turizmi çərçivəsində səfər edirlər”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























