• $
  • €
  • ₽
  • ₺
  • £

Laçının Zabux kəndindəki ermənilər arasında çaxnaşma artıb

Laçının Zabux kəndindəki ermənilər arasında çaxnaşma artıb
11.06.2022 16:48
Laçın rayonundakı Zabux kəndində qanunsuz yaşayan ermənilər arasında çaxnaşma artıb.

, "Hraparak”ın məlumatına görə, buradakı bəzi ailələr çamadan əhval-ruhiyyəsindədir, əşyalarını yığaraq kəndi tərk etməyə başlayıblar.


Bir neçə gün öncə Xankəndidən "vəzifəli məmur”un kəndə gələrək, sakinləri ailələri ilə birlikdə buranı tərk etməyə razı salmaq üçün danışıq aparması barədə xəbər Zabuxa ildırım sürərtilə yayılıb.

Mülki ermənilərə bildirilib ki, tezliklə "Laçın dəhlizi”nə alternativ çəkilən yol istifadəyə veriləndən sonra Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi zonaya daxil olacaq.

"Hraparak” yazır ki, kənddəki erməni icmasının rəhbəri Andranik Çauşyan sakinlər arasındakı çaxnaşmanın qarşısını almaqda çətinlik çəkir.
Artıq kənddə 50-yə yaxın ailə qalıb.

Üçtərəfli sənədə görə, yeni yol bu il ərzində istifadəyə verilməlidir.

Verilən xəbərə görə, yaxın günlərdə Xankəndidən separatçıları təmsil edən şəxslər Zabuxa gələcək, burada yaşayanlarla vəziyyəti müzakirə edəcəklər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol