• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşlar dövlət orqanlarının fəaliyyətindən razıdırlarmı? - NƏTİCƏLƏR

Vətəndaşlar dövlət orqanlarının fəaliyyətindən razıdırlarmı? - NƏTİCƏLƏR
15.06.2022 12:58
Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.

Mərkəzdən  verilən məlumata görə, sorğuda əksini tapan üç sahə - hərbi quruculuq (89,5%), əhalinin təhlükəsizliyi və ictimai sabitlik (74,3%), iqtisadiyyatın gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı (63,2%) üzrə aidiyyəti dövlət orqanlarının (nazirlik, komitə və dövlət xidmətlərinin) fəaliyyəti vətəndaşlar tərəfindən daha səmərəli kimi qiymətləndirilib.
Digər sahələr üzrə müvafiq strukturların fəaliyyəti nisbətən fərqli qiymətləndirilməklə sonuncu sıralarda keyfiyyətli səhiyyə xidməti ilə təminat (44,6%), sosial müdafiə (44,0%), qiymət artımının qarşısının alınması (22,2%) üzrə aidiyyəti orqanların fəaliyyətləri qərarlaşıb.
Nəticələrin təhlili Prezident İlham Əliyevin müxtəlif istiqamətlərdə fəaliyyətinə münasibət ilə ayrı-ayrı dövlət strukturlarının eyni istiqamətlərdə fəaliyyətinə ictimai mövqenin bir-birindən fərqləndiyini göstərir.
Dövlət başçısının sosial müdafiə sahəsində fəaliyyətini ümumilikdə yaxşı qiymətləndirən 92,3% respondentin cəmi 47,2%-i aidiyyəti strukturların sosial müdafiə sahəsində fəaliyyətini tam səmərəli hesab edib. Əhalinin sağlamlığının qorunması sahəsində dövlət başçısının fəaliyyətini ümumilikdə yaxşı kimi qiymətləndirən 93,2% respondentin cəmi 47,4%-i keyfiyyətli səhiyyə xidmətləri ilə təminat sahəsində aidiyyəti strukturların fəaliyyətini tam səmərəli kimi qiymətləndirib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol