• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda otel qiymətləri ucuzlaşa bilər - SƏBƏB

Azərbaycanda otel qiymətləri ucuzlaşa bilər - SƏBƏB
18.06.2022 16:30
Pandemiyadan sonra Azərbaycanda qonaq evlərinin sayı sürətlə artır, bu isə turizm sektorunda rəqabətə və daha yaxşı xidmətin yaranmasına səbəb olur. Bunu Azərbaycan Turizm Agentliyinin Turizm Bürosunun Regional İnkişaf bölməsinin müdiri Hüseyn Məmmədov deyib.
 
Məmmədovun sözlərinə görə, pandemiya dövründən sonra yerli turistlər Azərbaycanı kəşf etməyə başlayıblar.
 
"Bu tendensiya regionlarda sahibkarlar tərəfindən bir çox maraqlı məkanların ərsəyə gəlməsinə şərait yaradıb. Bu gün regionlarda turistlər üçün münbit imkanlar yaradılıb. Artıq hotellərə alternativ olaraq qonaq evlərinin sayı sürətlə artır. Maraqlı konsepti olan gecələmə yerləri var, "rainway hous”ları nümunə çəkə bilərik. Bu kimi evlərin sayı günbəgün artır. Sahibkarlar görürlər ki, artıq yerli turistlər bu kimi evlərə üz tuturlar. Belə olan halda sahibakların da bu tipli evlərin yaradılmasına maraqları artır və bu sahədə rəqabət formalaşır. Bayram günlərində, yəni tələbin çox olduğu günlərdə hotellərdə qiymət artır, qonaq evlərinin Azərbaycanda sürətlə yayılması və inkişafı, artıq bazarda rəqabətə gətirib çıxaracaq, çünki artıq qonaq evlərinə böyük investisiya yatırırlar. Qonaq evlərindəki şərait hotellərdəki xidmətdən geri qalmır. Ölkədə kifayət qədər maarifləndirmə işləri aparılır ki, qonaq evlərində xidmət səviyyəsi daha da yüksəlsin. Son bir il ərzində 70-dən çox kənd evinə, qonaq evinə inventarlar təqdim edilib. Eyni zamanda, bu evlərdə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı işlər görülüb. Həmçinin, müvafiq sahibaklara müntəzəm olaraq təlimlər həyata keçirilir. Bu günə qədər qonaq evləri gizli və illeqal fəaliyyət göstərirdisə, artıq sevindirici haldır ki, qonaq evləri "VÖEN”lərini açırlar və vergilərini ödəyirilər”, - o bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol