• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsmandan Tale Bağırzadə ilə bağlı-AÇIQLAMA

Ombudsmandan Tale Bağırzadə ilə bağlı-AÇIQLAMA
20.06.2022 17:19
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən Taleh Bağırzadə ilə görüşüblər. Bu barədə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Emil Şahzadə bildirib.

Bir neçə gün öncə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Penitensiar Xidmətin Həbsxanasına başçəkmə həyata keçirilib.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən Taleh Bağırzadə ilə görüşüblər. Konfidensial qaydada görüş zamanı o, həmin müəssisədəki saxlama şəraitindən və əməkdaşların rəftarından şikayət etməmiş, həkim nəzarətində olduğunu, habelə ailə üzvləri ilə telefon danışıqlarına maneə yaradılmadığını, vəkili ilə mütəmadi görüşdüklərini bildirib",- Şahzədə vurğulayıb.

O, bildirib ki, Ombudsmanın MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı onun müraciətləri dinlənilib, hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, İnsan Hüquqları üzrə Müvəkkilin səlahiyyətləri izah edilib.

Taleh Bağırzadənin müraciətləri Ombudsmanın diqqət mərkəzindədir. 
 
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Bu zaman məhkəməni izləməyə gələn beş nəfər inanclı insan salxanılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol