• $
  • €
  • ₽
  • ₺
  • £

DİM-in statistikasi bəzən aldadıcı olur - Emin Əmrullayevdən AÇIQLAMA

DİM-in statistikasi bəzən aldadıcı olur - Emin Əmrullayevdən AÇIQLAMA
21.06.2022 14:32
Dövlət İmtahan Mərkəzinin şagirdlər arasında oxuyub-yazmaqda çətinlik çəkənlərlə bağlı yaydığı statistika bəzən aldadıcı olur. Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə bağlı da araşdırmalar aparılır.

 "Biz hər il Dövlət İmtahan Mərkəzindən siyahını alıb araşdırırıq. Bəzi hallarda statistika aldadıcı olur. Məsələn, Bakı məktəblərindən birinin heç bir məzununun ali məktəbə qəbul olmadığı bildirilmişdi. Halbuki həmin məktəb yəhudi icmasına məxsusdur və bu ümumtəhsil müəssisəsinin məzunları Azərbaycanda ali təhsil almırlar. Nəticə etibarilə həmin məktəbdən heç birin məzunun universitetə qəbul olmadığı statistik olaraq doğrudur”, - o deyib.

Nazir söyləyib ki, Dövlət İmtahan Mərkəzi sual kitabçasını boş qaytaran şagirdləri də oxuyub-yaza bilməyən kimi təqdim edir.
 
"Məsələn, əqli qüsurlu şagird xüsusi təhsil müəssisəsində təhsil almalıdır. Ancaq kiçik kəndlərdə belə bir məktəb yoxdur. Nəticədə əqli qüsurlu şagird digərləri ilə eyni məktəbə gedir. Bundan başqa, şagird uzun müddət təhsildən yayınır və yalnız attestat almaq üçün imtahana gəlir. Ona görə də belə nəticə ortaya çıxır. Əslində, yekun rəqəm məzunların bütün göstəricilərini nəzərə aldıqda elə də böyük say deyil. Hər halda məzunlarımızın bu gün narahatlıq doğuracaq şəkildə oxuyub-yazmaq probleminin olduğunu düşünmürəm. Çünki statistika bunu demir. Sadəcə, statistika bilmədən şişirdilir”, - o bildirib.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar aşkarlanıb. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol