Təhsil eksperti Kamran Əsədov növbəti dəfə tələbə olacaq

Tanınmış təhsil eksperti Kamran Əsədov növbəti dəfə ali təhsil müəssisəsinə qəbul olunub. Bu barədə o özü facebook hesabında paylaşım edib.
O bildirib ki, ADA Universitinin Təhsilin idarə edilməsi, menecerliyi üzrə magistr təhsili alacaq.
Kamran Əsədov 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani bakalavr pilləsini, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əyani Türk Dünyası ölkələri üzrə magistratura pilləsini, 2015-ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının əyani Vətən Tarixi üzrə doktorantura pilləsini, 2019-cu ildə AMEA-nın Tarix İnstitutunun Qafqaz ölkələri şöbəsinin əyani doktorantura pilləsini bitirib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























