• $
  • €
  • ₽
  • ₺
  • £

Özlərini DİN və DTX əməkdaşı kimi təqdim edənlər qadını oğurlayıblar

Özlərini DİN və DTX əməkdaşı kimi təqdim edənlər qadını oğurlayıblar
23.06.2022 13:26
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə, oğurluq, qanunsuz silah saxlama, qanunsuz azadlıqdan məhrumetmə maddələri ilə təqsirli biliniblər. Araşdırmalar zamanı məlum olub ki, qrup üzvləri ötən ilin fevral ayında mənzildən xeyli miqdarda pul və qızıl oğurladıqdan sonra başqa cinayət planlaşdırıblar.

Onlar əvvəlcədən izlədikləri və Şahnaz İbrahimova vasitəsilə barəsində məlumat topladıqları Bakıdakı məşhur masaj salonlarından birinin icarədarının həyat yoldaşını oğurlamaq qərarına gəliblər.

Bu məqsədlə həmin şəxslər Babək prospektindəki masaj salonundan çıxıb Binəqədidə yerləşən evinə gedən A.Şamirovanı izləyiblər. Ötən il fevralın 3-də saat 22 radələrində qadın taksidən düşdükdən sonra yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edən qrupun 2 üzvü əməliyyat keçirdiklərini və birgə idarəyə getməli olduğunu bildiriblər. Onlar A.Şamirovanı zorla avtomobilə apararaq başına torba keçiriblər və Masazır qəsəbəsi Atçılıq yaşayış massivində əvvəlcədən kirayə tutduqları evə gətirərək otağa salıblar. Qrup üzvləri yolda olarkən, evdə və digər danışıqlar vaxtı DİN və DTX əməkdaşları olduqlarını, paytaxtda əxlaqsızlıq yuvalarına qarşı əməliyyat keçirdiklərini deyiblər. Onlar tez-tez "rəis, məruzə, raport, Seyid, müavin, komandir” və sair kimi sözlərdən istifadə edərək oğurladıqları qadını həqiqətən hüquq-mühafizə orqanlarının əməkdaşı olduqlarına inandırmağa çalışıblar. Daha sonra qrup üzvləri masaj salonunu işlədən, həmçinin girov saxladıqları qadının əri ilə əlaqəyə keçərək ondan məsələnin həll olunması üçün 30 min manat tələb ediblər. Əks halda hər ikisinin məsuliyyətə cəlb ediləcəyini bildiriblər.

A.Şamirovanın ərinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra xüsusi əməliyyat keçirilib və adam oğurluğu, quldurluq və sair kimi cinayətlərdə şübhəli bilinən qrup üzvləri tutulub.(Qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol