• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan höküməti 20 min avro təzminat ödəməlidir

Azərbaycan höküməti 20 min avro təzminat ödəməlidir
23.06.2022 14:33
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 23-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 5 qərarını elan edib. Qərarlara əsasən, hökümət 20 min avro təzminat ödəməlidir. Bu barədə məhkəmənin rəsmi saytı məlumat yayıb.
 
Fikrət İbişbəyli Azərbaycana qarşı - Bu məhkəmə işi jurnalist olan ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı idi. Ərizəçi AİHM qarşısında məhkəməyə qədər həbsdə saxlanılmasının onun azadlıq və toxunulmazlıq hüququna zidd olduğunu iddia edirdi. AİHM ərizəçinin iddiasını əsaslı hesab edərək, məhkəməyə qədər 11 ay 14 gün həbsdə tutulmasının ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına zidd olduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

AİHM-in digər dörd qərarı tərəflərin dostca anlaşması əsasında çıxarılıb.

Natiq İsbatov Azərbaycana qarşı - Bu məhkəmə işi ərizəçinin ölkədən çıxışına qadağa tətbiq edilməsi ilə bağlı idi. Məhkəmə qarşısında Konvensiyanın 4 Saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsinin (səmərəli müdafiə vasitələrinə malik olmaq) pozuntusu iddiası irəli sürülmüşdü. Tərəflər dostca anlaşıb, anlaşmaya əsasən, ərizəçiyə 6000 avro ödənilməlidir.


Ülviyyə Kərimova Azərbaycana qarşı -
Bu iş daxili məhkəmələrin qərarlarını icra etməməsi əsası ilə ərizəçinin Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) üzrə iki il müddətinə islah işlərinə və əmək haqqının 10 faizinin dövlət nəfinə tutulması cəzasına məhkum olunması ilə bağlı idi. Ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisə edirdi. Bu işdə də tərəflər dostca anlaşıb, anlaşmaya əsasən, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.


Qadir Mahmudov Azərbaycana qarşı - Bu iş də Kərimova işində olduğu kimi məhkəmə qərarının icra olunmaması səbəbindən cəzalandırılması ilə əlaqəli idi. Burda söhbət ərizəçinin müxtəlif müddətlərə inzibati həbs olunmasından gedirdi. Ərizəçi barəsindəki məhkəmə qərarlarının ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu iddia edirdi. Tərəflərin dostca anlaşmasına görə, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.


Xvorova Azərbaycana qarşı -
Daxili məhkəmə qərarının icra olunmaması ilə bağlı olan bu iş də dostca anlaşma ilə başa çatıb. Anlaşmaya görə, hökumət ərizəçiyə 3850 avro ödəyəcək.
 
Cari ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə illik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.

Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol