• $
  • €
  • ₽
  • ₺
  • £

MTN polkovniki özü haqqında hökmü eşitdi, ağladı - Məhkəmə

MTN polkovniki özü haqqında hökmü eşitdi, ağladı - Məhkəmə
26.06.2022 19:30
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar və Kürdəmir şöbələrinin keçmiş rəisi, bu qurumdan kənarlaşandan sonra isə Lənkəran Dövlət Universitetinin (LDU) prorektoru olmuş polkovnik Bahadır Qocayev 9 aydır ki, həbsdədir. Onun yarım ilə yaxın davam edən məhkəməsi iyunun 24-də yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim İradə Həsənzadənin sədrliyilə çıxarılan hökmə əsasən, 1963-cü il təvəllüdlü Bahadır Qocayev 5 il 6 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 32.312 (rüşvət verməyə təhrik) maddələrilə təqsirli bilinib.

 Meydan TV-yə istinadla xəbər verir ki, 63 yaşlı MTN polkovniki özü haqqında 5 il 6 aylıq həbs hökmünü eşidəndə ağlayıb. Məhkəmə zalında onun vəziyyəti pisləşib.

"Mənə niyə bu cəzanı verdiniz? Mənim həyatımı niyə puç etdiniz?”, – o, İradə Həsənzadə, Azər Paşayev və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyasına üzünü tutaraq, belə deyib.

Hökm elan edilməmişdən əvvəl onun vəkili çıxış edərək, müvəkkilinə bəraət istəyib. Vəkilin sözlərinə görə, Bahadır Qocayevə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqini tapmayıb.

Ardınca təqsirləndirilən polkovnik son sözünü deyib. O bildirib ki, ittihamlar əsassızdır. 26 il əməliyyatçı kimi fəaliyyət göstərdiyini, dövlət qarşısında xidmətləri olduğunu deyən, Bahadır Qocayev vurğulayıb ki, heç kimə qarşı dələduzluq etməyib, heç kimdən pul tələb eləməyib. O iddia edib ki, bu işin arxasında ona qarşı ədavəti, qərəzi olan Rafiq Muradov adlı şəxs dayanır.


Rafiq Muradovla Bahadır Qocayev arasında ev problemi olub. Onların mübahisəsilə əlaqədar məhkəmə çəkişməsi gedib. Rafiq Muradovun sözlərinə görə, Xaçmaz rayonunda yerləşən evi borc pul əvəzinə Bahadır Qocayevə etibarnamə ilə verib. Həmin ev də qanuni əsasla alınıb. Sonradan Bahadır Qocayev evinin ələ keçirildiyini iddia edərək, müqavilənin ləğvini tələb edib. Bununla əlaqədar tərəflər arasındakı mübahisə məhkəməyə qədər gedib çıxıb.


"Allah xatirinə, o evi də istəmirəm. Gedib Biləsuvardakı ata evimdə oturaram, bircə məni buradan çıxarın. Məni bədbəxt etməyin”, – Bahadır Qocayev bildirib.


O əlavə edib ki, dələduz, cinayətkar deyil, heç vaxt pulgir olmayıb. O qədər pis dolanıb ki, hətta nişan üzüyünü də dolanışığa görə satıb:


"Əynimdəki şalvardan başqa heç nəyim yoxdur. Yaşadığım mənzili də qaynatam alıb. İki saat evimdə axtarış apardılar, heç nə tapmadılar. Görmüşük ki, evdə axtarış ediləndə qızıl nəsə tapılar. Heç nişan üzüyünü də tapmadılar. Çünki dolanışığa görə satıb, pulunu yemişdik”.


Bahadır Qocayev onu da bildirib ki, dəfələrlə Prezidentə, Birinci vitse-prezidentə məktublar göndərib:


"Mən həmişə vətənimin təhlükəsizliyinə xələl gətirənlərin qarşısında olmuşam. Məni bədbəxt etməyin. 9 aydır həbsdəyəm. Kimsə mənimlə prinsip aparırsa, əl çəksin. Bu, artıq düşmənçilikdir. Mən Kürdəxanı Həbsxanasının rəisi Elnur müəllimə də demişəm. Uzun müddət susdum, danışmadım. Amma işimə ədalətli baxılmasa, özümə qəsd edəcəyəm”.


Bahadır Qocayev 2015-ci ilin oktyabrında MTN-də çoxsaylı vəzifəli şəxslərin həbsilə nəticələnən əməliyyat zamanı işdən kənarlaşdırılanlardan biri olub. O, MTN-dən sonra Lənkərən Dövlət Universitetinin prorektoru təyin edilib. İddia olunur ki, Bahadır Qocayev özünü DTX polkovniki kimi təqdim edərək, iş düzəltmək adıyla insanlardan pul alıb və qaytarmayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol