• $
  • €
  • ₽
  • ₺
  • £

25 mindən çox azərbaycanlı qadın Türkiyəyə ərə gedib - Son 13 ilin statistikası

25 mindən çox azərbaycanlı qadın Türkiyəyə ərə gedib - Son 13 ilin statistikası
27.06.2022 13:27
2021-ci ildə Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadınların sayı 2020-ci illə müqayisədə 20% və ya 405 nəfər artaraq 2 400 nəfərə çatıb. Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 2-ci sırada qərarlaşıb.
 
İlk sırada Suriya vətəndaşı olan qadınlar yer alıb. 2021-ci il ərzində Suriya vətəndaşı olan 3 449 qadın Türkiyə vətəndaşı olan şəxslərlə ailə qurub. Növbəti yerlərdə 2 400 nəfərlə Azərbaycan, 2 328 nəfərlə Özbəkistan, 1 215 nəfərlə  Almaniya, 1 984 nəfərlə Mərakeş, 1 201 nəfərlə Rusiya, 1 049 nəfərlə Türkmənistan, 895 nəfərlə Ukrayna, 787 nəfərlə Qırğızıstan vətəndaşları gəlir.

Ötən il Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı da artıb. Son bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı kişilərin sayı 23% və ya 33 nəfər artaraq 175 nəfərə çatıb. Azərbaycanlılar bu göstəriciyə görə 5-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlarla  ən çox Almaniya (1 254 nəfər), Suriya (1 031 nəfər), Avstraliya (272 nəfər) və Əfqanıstan (210 nəfər) vətəndaşı olan kişilər evlənib.

Son 13 ildə Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların və Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı belə olub:
 
İllər Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların sayı, (nəfər) Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı, (nəfər)
2021 2 400 175
2020 1 995 142
2019 2 743 124
2018 3 194 124
2017 2 790 118
2016 2 170 115
2015 1 653 85
2014 1 596 65
2013 1 577 90
2012 1 562 73
2011 1 294 64
2010 1 060 75
2009 1 012 54
CƏMİ 25 046 1 304

Mənbə - Yeniavaz.com
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol