• $
  • €
  • ₽
  • ₺
  • £

Sərhədlərin bağlı qalması qıtlığa səbəb ola bilər – Sabiq nazir

Sərhədlərin bağlı qalması qıtlığa səbəb ola bilər – Sabiq nazir
27.06.2022 20:30
Azərbaycanda quru sərhədlərin bağlı qalması qıtlığa səbəb ola bilər. sabiq maliyyə naziri Fikrət Yusifov bildirib. 

Onun sözlərinə görə, Ukrayna müharibəsi və Qərbin sanksiyaları fonunda yaranan böhran Azərbaycandan da yan keçməyəcək. 

"Pandemiyadan sonra dünya bazarında bir çox məhsulların - həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Hazırda qiymət artımına səbəb olan əsas faktorlardan biri Rusiyanın Ukraynada apardığı işğalçı müharibədir. Müharibə səbəbindən Ukrayna taxıl əkinini başa çatdıra bilməyib və hazır olan taxıl məhsulunu dünya bazarına çıxara bilmir. Eyni zamanda Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq taxılını rezervasiya edib, anbarlarda saxlaması taxıl qıtlığına səbəb olan əsas faktordur. Məlumdur ki, taxılla bağlı bir çox məhsullar var. İndi müəyyən qədər ehtiyyatlardan istifadə olunur, ancaq payıza doğru Rusiyanın bu addımı çox ciddi qıtlığa səbəb olacaq. Qıtlıq Azərbaycana da təsir edəcək”, - o deyib.

Sabiq nazirin fikrincə, Azərbaycanda bahalaşmaya bir çox amillər səbəb olur.
 
"Bizdə ciddi monopoliya var. Təbii olaraq dünya bazarında baş verənlərin təsiri görünür. Ancaq monopolistlərin diqtəsi altında qiymətlərin sürətlə artması anormal haldır. Monopoliya haqqında dəfələrlə danışılıb və yazılıb. Bununla bağlı qanun qəbul olunmalıdır. Azərbaycan meyvə-tərəvəz ölkəsidir. Bu gün meyvənin bol olduğu bir vaxtda Azərbaycan bazarlarında meyvənin qiyməti od tutub yanır. Bunu topdansatışı və tədarükü həyata keçirən monopolistlər edir. Bazarda istənilən satıcını dindirirsən ki, gilasın qiyməti niyə 7 manatdır. Deyir ki, özüm 6 manatdan alıram. Bu minvalla marketlərdə də başqa məhsulların satışında biabırçı vəziyyət yaranıb. Vaxtı keçmiş, keyfiyyətsiz malları satırlar. Qiymətlər yüksəkdir, malların üstündə qiymət yazılmır. Dünən marketdə 20 dəqiqə aydınlaşdırma aparmışıq ki, malın qiyməti neçəyədir. Axırda baş menecer gəlib çətinliklə müəyyənləşdirib ki, qiyməti nə qədərdir. Belə biabırçılıqla hər gün üzləşirik. Bütün bunlar sui-istifadə hallarıdır və insanların narazılığına səbəb olur. Bu cür halların qarşısını almaq lazımdır", - sabiq nazir bildirib.
 
Eks-nazir quru sərhədlərinin açılması məsələsinə toxunaraq, bunun vacib olduğunu sözlərinə əlavə edib:
 
"Quru sərhədləri niyə açılmır? Axı, vətəndaşlar, xüsusilə də, sərhəddə yaşayanlar gedib Gürcüstandan, İrandan, Rusiyadan özləri üçün 1 həftəlik-10 günlük ərzaq məhsulları alıb gətirirdilər. Artıq pandemiya bitib. Pandemiya bizdən əl çəkib, ancaq biz pandemiyadan əl çəkmirik. Dünyanın hər yerində sərhədlər açılıb, ancaq biz hələ də gözləyirik. Monopoliya ilə bağlı qanun qəbul olunmalıdır. Yəni istənilən şəxs istənilən məhsulu sərbəst şəkildə Azərbaycana gətirə bilməlidir. İnsanların xaricdən gələndə özü ilə nə qədər məhsul gətirə bilməsi ilə bağlı limit artırılmalıdır. Biz bunu deyəndə Avropadan nümunə gətirirlər. Ancaq bu ölkələrdə bizimlə müqayisədə həyat tərzi başqadır. Bu həyat tərzi bizdəki ilə bir tərəziyə qoyulası deyil. Belə müqayisələr aparmaq ağılsızlıqdır. Hazırda bizim iqtisadiyyatımızda da problem var. 2014-cü illə müqayisədə investisiya qoyuluşu 3 dəfəyə qədər azalıb. Belə şəraitdə sərbəstlik yaradılmalıdır. Qoy, vətəndaş 800 yox, 8000 dollarlıq məhsul gətirsin. Bu bolluq yaradacaq. Bu gün biz özümüz istehsal edə bilmiriksə, istehsal edənə qədər kənardan gələnlərə də dəstək olmalıyıq.  O zaman bolluq olar, qiymətlər dəfələrlə aşağı düşər. Lakin quru yolunu bağlı saxlamaq qıtlığa səbəb ola bilər. Monopolistlərin daha münbit formada diqtəsinə gətirib çıxarar. Bu da insanların narazılığını artıracaq. İnsanların narazılığına səbəb olan halların kökü kəsilməlidir. Narazılıq yaradanlar bizneslə məşğul olan məmur tayfasıdır”, - keçmiş nazir qiymət artımının səbəblərinə aydınlıq gətirib.

Mənbə - Modern.az



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol