• $
  • €
  • ₽
  • ₺
  • £

Azadlıq qəzeti və Qənimət Zayidovun Azərbaycana qarşı iddiası barədə QƏRAR

Azadlıq qəzeti və Qənimət Zayidovun Azərbaycana qarşı iddiası barədə QƏRAR
30.06.2022 13:18
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 30-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 qərarını elan edib. Məhkəmə 2 işdə ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb, 1 ərizə qəbuledilməz sayılıb.

Azadlıq qəzeti və Qənimət Zayidov Azərbaycana qarşı - AİHM ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin baş verdiyinə qərar verib. Pozuntunun tanınmasını ərizəçiyə dəymiş mənəvi zərəri kompensasiya etdiyi qənaətinə gələn məhkəmənin qərarına görə, hökumət hüquqi məsrəflərə görə ərizəçinin vəkilinə 1500 avro ödəyəcək. Bu işdə ərizəçilər "Azadlıq” qəzeti və həmin qəzetin hadisələrin baş verdiyi vaxtda redaktoru olmuş Qənimət Zayidov (Zahid) idi.
Şikayət "Prezident köməkçisinin korrupsiya aparatı” sərlövhəli məqaləyə görə, ərizəçilərə qarşı qaldırlmış mülki məhkəmə iddiaları, həmin iddialar üzrə çıxarılmış məhkəmə qərarları ilə bağlı idi. Sözügedən məqalədə Azərbaycanın keçmiş prezidentinin keçmiş köməkçilərindən olmuş Tariyel Ağayevin və qohumlarının əmlaklarından, futbol klubundan, torpaq sahələrindən, restoran və müxtəlif ticarət müəssisələrindən bəhs olunur, onların korrupsiya yolu ilə əldə edildiyi iddia olunurdu. Ağayev məqalədəki məlumatların yalan olduğunu, onun nüfuzunu zədələdiyini bildirərək, qəzeti və qəzetin baş redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin yayılmış məlumatların doğruluğunu sübut edə bilməməsi əsası ilə iddiaçının xeyrinə qərar vermişdi – dəymiş mənəvi ziyana görə qəzet 40.000, qəzetin baş redaktoru isə 25.000 manat cərimələnmişdi. Yuxarı məhkəmələr ərizəçilərin həmin qərardan şikayətlərini rədd etmişdi.
Ərizəçilər AİHM qarşısında iddia etmişdilər ki, milli məhkəmələrin qərarları onların ifadə azadlığı hüququna müdaxilə məzmunda olub – müdaxilə əsaslandırılmayıb və qeyri-mütənasib olub.

Fariz Namazlı Azərbaycana qarşı - AİHM bu işdə ərizənin qəbul edilməz sayılmasına qərar verib. Bu işdə ifadə azadlığı (ictimai bilgilərə çatım) hüququnun pozuntusu mübahisələndirilmişdi. İfadə azadlığı ilə bağlı müxtəlif layihələri icra edən Media Hüququ İnstitutunun hüquqşunaslarından olan ərizəçi "İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına sorğu ilə müraciət edib, xahiş etmişdi ki, Binəqədi rayonunun 2008-ci il büdcəsi, büdcənin xərclənmə durumu ilə bağlı bilgilərin ona təqdim olunmasını təmin etsin. İcra Hakimiyyəti sorğuya cavab göndərmiş, ancaq istənilən informasiyaları təqdim etməmişdi. Ərizəçi məhkəməyə müraciət edərək, sorğu vasitəsilə istədiyi informasiyaların ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddia təmin olunmamış, bildirilmişdi ki, ərizəçinin istədiyi məlumatlar "İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq açıq tutulmalı informasiyalar sırasına daxil deyil. Ərizəçinin həmin qərardan şikayəti də təmin edilməmişdi. Apelyasiya instansiyası qərarında qeyd etmişdi ki, ərizəçi məlumatı hansı məqsədlə əldə etmək istədiyini əsaslandırmayıb. Ərizəçinin kassasiya şikayətini Ali Məhkəmə rədd etmişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, istədiyi publik bilgilərin təqdim edilməməsi onun ictimai maraq kəsb edən məlumatlara çıxış hüququnu pozub (Maddə 10). Ərizəçi həmçinin, yerli məhkəmələrin qərarlarının əsaslandırılmadığını iddia edirdi (Maddə 6).

Rövşən Əhmədli Azərbaycana qarşı - Bu işdə AİHM ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib. Hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3600, xərc məsrəflərə görə 500 avro ödəməlidir. Bu iş hadisələrin baş verdiyi vaxtda İslam Partiyası sədrinin müavini olmuş R.Əhmədlinin inzibati qaydada həbs edilməsi ilə bağlı idi. Ərizəçi şikayətində bildirmişdi ki, 2011-ci ilin yanvar ayında evində üç polis əməkdaşı və iki mülki geyimli zabit tərəfindən polis idarəsinə aparılıb. İdarədə barəsində inzibati xəta haqqında protokol tərtib edilən ərizəçi, polis əməkdaşının qanuni tələbinə (ictimai yerdə səs-küy salmağı dayandırmaq) tabe olmamaqda günahkar bilinib, 10 sutkalığa həbs edilmişdi. Ərizəçi iddia edirdi ki, barəsindəki məhkəmə qərarları əsassız olub, ona müdafiəsini hazırlamağa vaxt verilməyib, şərait yaradılmayıb.
 
Cari ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə illik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.

Ləman Qasımova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol