• $
  • €
  • ₽
  • ₺
  • £

23 yaşlı şəxsə XİN-də yüksək vəzifə VERİLİB

23 yaşlı şəxsə XİN-də yüksək vəzifə VERİLİB
01.07.2022 13:47
Xarici İşlər Nazirliyində yüksək vəzifəyə 1998-ci il təvəllüdlü xanım Maliyyə İdarəsində şöbə müdiri təyin edilib. 
 
Həmin şəxs ölkənin ali məktəblərindən birini bitirib, sonra isə Ədliyyə Nazirliyində və Hilton hotelində təcrübə keçib. Həmçinin,  gənclərdə liderlik qabiliyyətlərinin inkişafı üzrə ixtisaslaşmış beynəlxalq QHT-nin təlimlərinə qatılıb. 

Yeni şöbə müdiri bir ilə yaxındır ki, XİN-də Maliyyə idarəsində işləyir. İşə əvvəlcə məsləhətçi kimi başlayıb, sonra isə şöbə müdiri təyin edilib. Aydındır ki, gənc bir xanımın qısa zamanda maliyyə sahəsində hər hansı təcrübəyə sahiblənməsini iddia etməyin özü də əsassız olar. 

 XİN ölkənin aparıcı nazirliklərindən biri, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin xarici siyasətini formalaşdıran bir qurumdur və bu sistemdə işə qəbul olunmaq digər qurumlardan fərqli olaraq, ən çətin prosedurlardan biri sayılır. Mütəxəssislər on illərlə burada can qoyurlar ki, karyera pillələri ilə yüksəlsinlər və məlum bir mövqeyə qalxsınlar. 

Maliyyə idarəsi də nazirliyin ən problemli strukturu olub və orada nizam-intizam yaratmaq üçün böyük güc sərf olunub. Amma məqsədə nail olunubmu? 23 yaşlı, heç bir təcrübəsi olmayan şəxsin şöbə müdiri vəzifəsinə təyin edilməsi bu suala müsbət cavab verməyə  heç bir əsas yaratmır. Bu arada həmin gənc xanımın kimliyi redaksiyaya bəlli olsa da, etik səbəblərdən adını açıqlamırıq. Burada məqsəd qadının kimliyi deyil, bu vəzifəyə həyata keçirilən təyinatdır.

Prezident İlham Əliyevin kadr islahatlarının əsas istiqamətlərindən birini də  gənclərin dövlət idarəçiliyinə yaxından cəlb edilməsi təşkil edir. Amma bu o demək deyil ki, dünən ali məktəbi bitirmiş, heç bir həyat yolu, iş təcrübəsi olmayan insanlar mühüm vəzifələrə təyin olunsunlar. Belə təyinatlar uzun illərdir yüksəliş gözləyən əməkdaşları qıcıqlandırmır, həmin strukturda narazılıq yaratmır? Əlbəttə, yaradır və bizdə olan məlumat da bunu təsdiq edir. Bəs onda niyə belə  anlaşılmaz addımlara yol verilir? Bu sual ətrafında düşünməyə dəyər...(Qafqazinfo)
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol