• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyətinin şöbə müdiri qız qaçırıb? - AÇIQLAMA

İcra Hakimiyyətinin şöbə müdiri qız qaçırıb? - AÇIQLAMA
02.07.2022 15:00
Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin qız qaçırması barədə məlumat yayılıb.
 
İddia edilib ki, rayon sakini Ü.R. ailəsindən imtina edərək onunla qaçıb. Belə ki, xanımın boşanma ərəfəsində olduğu əri tərəfindən döyüldüyü üçün bu addımı atdığı bildirilib.

Şaiq Qəmbərli barəsindəki iddialarla bağlı "Qafqazinfo”ya müraciət edib. O, məlumatın həqiqəti əks etdirmədiyini və vəzifəsi ilə bağlı qarayaxma kampaniyasının aparıldığını deyib.

"Yayılanlar tamamilə şər-böhtan və qarayaxmadır. Mən bu il mayın 10-dan İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli İdarəetmə Orqanları ilə İş Şöbəsinin rəhbəri təyin olunmuşam. Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Xanımın əri ilə əlbir olaraq bunu edib. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam. Üstəlik, İcra Hakimiyyətinin hər tərəfi kameradır, bu gün kim kimi qaçıra bilər?! Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Mənə böhtan atanlar məhkəmə qaydasında cəzalandırılana qədər bu işin arxasınca gedəcəyəm”, - o deyib.

Şöbə müdirinin sözlərinə görə, Ü.R. ilə kontaktı iş üçün İcra Hakimiyyətinə müraciət etməsi ilə bağlı olub.
 
"O xanım bizə müraciət edərək Xarici Dillər Universitetini bitirdiyini dedi. DOST MMC-də çalışırdı və öz təhsilinə uyğun iş istəyirdi. Biz də digər vətəndaşlar kimi eyni qaydada onun müraciətinə baxmışıq. Başqa heç bir şəkildə mənim o xanımla ünsiyyətim olmayıb. Bildiyim qədərilə xanım boşanma ərəfəsindədir və həyat yoldaşı narkotik aludəçisidir. Görünən odur ki, ortada hansısa maraqlar var ki, əri də haqqımdakı şayiələrin yayılmasında ortaq olub. Ortada heç bir fakt olmaya-olmaya nəyə görə mənim şərəf və ləyaqətimlə oynamalıdırlar?”, - o bildirib.

Məsələ ilə bağlı Ü.R. ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə paylaşılan informasiyalar həqiqəti əks etdirmir.
 
"Mən həyat yoldaşımla ailə münaqişəsi zəminində dalaşmışam. Mənə qarşı mütəmadi kobudluq etdiyi üçün boşanmaqla bağlı məhkəməyə müraciət etmişəm. Buna görə də anamın evinə gəlmişəm və hazırda anamın yanındayam. Mənim şərəf və ləyaqətimə ləkə gətirən informasiyalar paylaşan şəxslərin qanuna müvafiq qaydada cəzalandırılması üçün məhkəməyə müraciət edəcəyəm”, - o qeyd edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol